Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasına 663 yoluxma faktı qeydə alınıb, daha 283 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, daha 283 nəfər sağalıb.
Nazirlər Kabineti yanında ­operativ qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 51 min 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 41 min 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib. Aktiv xəstə sayı 8768 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 308 min 48 test aparılıb. Bugünkü test sayı isə 9700-dür. 

28 Oktyabr 2020 00:52 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Noyabr 2020 | 00:35
Ömür vəfa etsəydi...
27 Noyabr 2020 | 23:31
Şəmkirdə nəcib aksiya

Köhnə versiyamızdan xəbərləri izlə