Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağ” – “Vilyarreal” qarşılaşmasının hakimləri bəlli olub

UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" – ­"Vilyarreal" oyunu üçün hakim təyinatları açıqlanıb.

Məlumata görə, matçın baş hakimi Pavel Orel olacaq. Çexiya Futbol Federasiyasının nümayəndəsi olan  Pavel Orelə Petr Blazej və Jiri Kriz kömək edəcək. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.
Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə ­Ukraynadan Anna Bordiugovadır.
Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də ­başlayacaq.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

28 Oktyabr 2020 00:51 - İDMAN
İDMAN
27 Noyabr 2020 | 01:11
Yeni antirekord
25 Noyabr 2020 | 12:14
Özilin əvəzləyicisi

Köhnə versiyamızdan xəbərləri izlə