Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti əmlakın yenidən qiymətləndirilməsinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 30 oktyabr 2020-ci il saat 17.00-dan gec olmamaq şərtilə aşağıdakı ünvana təqdim etməlidirlər.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.
Kotirovka təklifləri  2 noyabr 2020-ci il  saat 11.00-da Bakı şəhəri, Nizami küçəsi 96E (Landmark I, 4-cü mərtəbə)  nömrəli ünvanda açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər. 
Mövcud vəziyyət qiymətləndirilərək xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq açılış proseduru onlayn qaydada həyata keçirilə bilər.
Əlaqələndirici şəxs – Vüsal Balayev, telefon – 077 277 32 51.
Ünvan- Bakı şəhəri, Nizami küçəsi 96E.

 

Tender komissiyası

28 Oktyabr 2020 00:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə