Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan prezidenti Türkiyənin müdafiə nazirini qəbul etdi

Oktyabrın 27-də Prezident Şavkat Mirziyoyev Özbəkistana səfərə gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Görüş zamanı ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın vəziyyəti və perspektivləri nəzərdən keçirilib, habelə son illərdə müdafiə sektorunda həyata keçirilən birgə fəaliyyətin nəticələrinə yekun vurulub.

“Özbəkistan və Türkiyənin müdafiə idarələri arasında qurulan qarşılıqlı fəaliyyətin vacib sahələri hərbi kadrların hazırlanması, ixtisaslaşmış universitetlər arasında əlaqələrin qurulması, hərbi hissələrin hazırlanmasında təcrübə mübadiləsi sahəsində proqramların həyata keçirilməsidir” deyilib.

Bölgədəki təhdidlərə qarşı birgə fəaliyyətin aktual məsələləri də müzakirə mövzusu olub.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

28 Oktyabr 2020 11:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
29 Noyabr 2020 | 00:48
Referendum keçiriləcək
29 Noyabr 2020 | 00:48
“Facebook” cərimələnib
29 Noyabr 2020 | 00:47
“Su-57” sövdələşməsi

Köhnə versiyamızdan xəbərləri izlə