Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi abadlıq işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDiR

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot -1. Abadlıq işlərinin satın alınması . 
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Mehti Əsədullayev. 
Ünvan- Ağcabədi rayonu,Taxta ­Körpü qəsəbəsi.
E-mail: [email protected]
Telefon- 050-440- 59 – 39 . 
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 100 (bir yüz ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
• H/h- AZ86AİİB32051019449200201192
• VÖEN-6200038401
• Bank- “Kapital Bank” ın Laçın rayon filialı
• VÖEN- 9900003611
• Kod- 200929
• M/h- AZ37NABZ 01350100000000001944
• S.W.İ.F.T: AIIBAZ 2X
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan ­keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi;
-vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 12 noyabr 2020-ci il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 20 noyabr 2020-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 23 noyabr 2020-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

28 Oktyabr 2020 00:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə