Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq şairi Fikrət Qocanın “Seçilmiş əsərləri”nin beş cildi işıq üzü görüb

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Yazıçılar Birliyinin (AYB) birinci katibi, Dövlət mükafatı laureatı, Xalq şairi Fikrət Qocanın 85 illik yubileyi münasibətilə on cilddə nəzərdə tutulan “Seçilmiş əsərləri”nin beş cildi çap olunub.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, çoxcildlikdə Fikrət Qocanın 60 ildən artıq müddətdə qələmə aldığı şeirləri toplanıb.

Çoxcildlik Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb. Xalq şairinin çoxcildliyi nazirliyin tabeliyində fəaliyyət göstərən kütləvi kitabxanalara paylanılacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

28 Oktyabr 2020 11:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə