Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əsgərləri 85 yaşlı 2 ermənini xilas ediblər

Hadrutda ermənilərin atıb getdiyi 85 yaşlı qadın Bakıda hospitalda müalicə olunur. Yevgeniya Pavlovna Babayan Azərbaycan əsgərlərinə öz minnətdarlığını bildirib. O qeyd edib ki, azərbaycanlılarla ermənilər əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər:

“Müharibə başlayan zaman erməni əsgərləri bizi atıb getdilər. Sağ olsun Azərbaycan əsgərləri, bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. Mən inanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəkilində yaşaya bilərlər”.

Xatırladaq ki, Ermənistan hərbçilərinin işğal etdikləri ərazilərdən geri çəkildikləri zaman köməksiz vəziyyətdə qoyub getdikləri 2 mülki şəxs, Hadrut sakinləri - 1935-ci il təvəllüdlü Yevgeniya Pavlovna Babayanı və onun həmyaşıdı Mişa Merlandoviç Melkumyanı Azərbaycan hərbiçiləri xilas ediblər.

R.TAHIR,
“Xalq qəzeti” 

28 Oktyabr 2020 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə