Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabulda bağlardan 3 min tondan çox nar yığılıb

Hacıqabulda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar cari ildə bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda meyvə bol olub.

Rayon stastika idarəsindən bölgə müxbirinə verilən məlumata görə, xeyli vaxtdır ki, hacıqabullu bağbanlar meyvə bağlarında yetişmiş məhsulun yığımını aparırlar. Bağbanlar indiyədək rayonda mövcud olan 1559,3 hektar meyvə bağlarından 7782 ton meyvə yığıblar ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Tədarük olunan meyvənin 189 tonunu alma, 176 tonunu armud, 40 tonunu albalı, 131,1 tonunu gavalı, 3 min 776,3 tonunu nar, 1630,9 tonunu heyva, 160 tonunu alça, 81,5 tonunu gilas, 437 tonunu ərik, 100,2 tonunu şaftalı, 198 tonunu xurma və 862 tonunu isə digər meyvələr təşkil edib. Yığılan meyvə emal müəssisələri və bazarlara göndərilir.

Rayonda meyvə yığımı davam edir.

28 Oktyabr 2020 10:27 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə