Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

General Polad Həşimovun adına yeni park salınıb

Türkiyənin Demirtaş şəhərində iyul ayında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun adına yeni park salınıb.

Demirtaş Bələdiyyə Başçısı Mustafa Dündar parkın binasının Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanlara hörmət və ehtiramın yanında Türkiyənin Azərbaycana verdiyi mənəvi dəstəyin də simvolu olduğunu bildirib.

Bələdiyyə sədri Ermənistanın sentyabrın 27-də xain və amansız hücumlarına cavab olaraq əks hücuma başlayan Azərbaycan Ordusunun işğal altındakı əraziləri azad edərək ölkənin ərazi bütövlüyünü tezliklə bərpa edəcəyinə əminliyini ifadə edib.

28 Oktyabr 2020 10:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə