Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Ermənistanın kasetli bombalardan istifadə etməsi mülki əhali arasında itkinin çox olmasına hesablanıb

Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam edir. Bu, onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 27-də keçirilən brifinqdə bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan Silahlı Qüvvələri bu gün Azərbaycanın Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutub. Onların bu terror aktı nəticəsində biri uşaq olmaqla dörd mülki vətəndaş həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycan mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Bu da mülki əhali arasında itkinin çox olmasına hesablanıb. Ermənistan Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizdir, ona görə də mülki əhalini hədəf seçir.

Hikmət Hacıyev qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın Goranboy, Tərtər, Ağcabədi və Bərdə rayonlarına 50-yə qədər mərmi atıb. Ermənistanın hücumları nəticəsində indiyə qədər 69 mülki şəxs həyatını itirib, 322 mülki şəxs yaralanıb.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Ermənistanın mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etdiyi barədə Azərbaycan tərəfindən beynəlxalq humanitar təşkilatlara da müraciət edilib.

27 Oktyabr 2020 21:10 -

Köhnə versiyamızdan xəbərləri izlə