Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin köməkçisi: Ermənistan ordusu Bərdəyə kasetli raketlər atıb

ANAMA-nın məlumatına görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb.

Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır. İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur.

27 Oktyabr 2020 20:56 -

Köhnə versiyamızdan xəbərləri izlə