Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan portalı Azərbaycanın işğal edilmiş torpaqlarının azadlığı üçün apardığı haqlı mübarizəsindən yazır

Özbəkistanın “human.uz” portalı Qarabağdakı cəbhə xəttindəki son vəziyyətlə əlaqədar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun müsahibəsini yayıb.

AZƏRTAC xəbər verir ki, müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə danışılır. Bildirilir ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal olunub, nəticədə 1 milyondan çox azərbaycanlı öz dədə-baba torpaqlarından qovulub. İşğal altındakı torpaqlarda azərbaycanlıların tarixi, mədəni və dini abidələri dağıdılıb və ya saxtalaşdırılıb.

Diqqətə çatdırılır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinə məhəl qoymur. Münaqişənin tənzimlənməsi ilə əlaqədar 30 ilə yaxın müddətdə aparılan danışıqlar Ermənistanın qeyri- konstruktiv mövqeyi səbəbindən heç bir nəticə verməyib. Hətta Ermənistanın rəhbərliyi yeni ərazilər işğal etmək üçün müharibəyə hazırlaşdığını bəyan edib.

Müsahibədə vurğulanır ki, iyul ayında Tovuz rayonu istiqamətində təxribat törədən Ermənistan sentyabrın 27-də yeni təcavüz aktına əl atdı. Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücuma keçdi və işğal altındakı ərazilərinin bir hissəsini azad etdi.

Qeyd olunur ki, artıq 1 aydır Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda uğurlu müharibəsi aparır. Artıq Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı şəhərləri, bu rayonların bir sıra kənd və qəsəbələri, strateji yüksəkliklər işğaldan azad edilib. Bu ərazilərdə ermənilər tərəfindən vəhşilik törədilib, bütün infrastruktur dağıdılıb, evlər talan olunub. Vurğulanıb ki, Azərbaycan Ordusunun yalnız hərbi obyektləri hədəfə aldığı halda, Ermənistan cəbhədəki uğursuzluğunu Azərbaycanın şəhər və kəndlərini atəşə tutmaqla ört-basdır etməyə çalışır. Gəncə, Mingəçevir şəhərləri, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, digər rayon və kəndlərimiz müntəzəm olaraq raket atəşinə məruz qalır. Cəbhə xəttindən 100 kilometr uzaqda yerləşən Gəncənin atəşə tutulması nəticəsində həlak olan dinc sakinlər arasında uşaqlar da var.

27 Oktyabr 2020 17:21 -

Köhnə versiyamızdan xəbərləri izlə