Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nizami Kino Mərkəzi ermənipərəst Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina etdi

Oktyabrın 26-da amerikalı aktyor və rejissor Mel Qibsonun Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə verdiyi dəstək paylaşımı Nizami Kino Mərkəzinin haqlı etirazına səbəb olub.

Nizami Kino Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, onun bu paylaşımı Azərbaycanın tarixi, bu günü və sabahı haqqında heç bir məlumatının olmadığından xəbər verir və mərkəz tərəfindən işğala, terrorçuluğa dəstək kimi qəbul edilir.

“Bundan sonra etiraz olaraq Nizami Kino Mərkəzi onun iştirakı ilə çəkilən filmlərin nümayişindən imtina edir”, - deyə mərkəzdən bildirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

27 Oktyabr 2020 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə