• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib

Almaniyada Bakı Metropoliteninin diaqnostika sahəsində təcrübəsi nümayiş etdirilib

Almaniyanın paytaxtı Berlində nəqliyyat innovasiyalarına həsr olunmuş nüfuzlu beynəlxalq "İnnotrans" sərgisi keçirilib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, dəmiryolu nəqliyyatında son yeniliklərin nümayiş etdirildiyi sərgidə metropolitenin istismarı, tunel tikintisi sahəsındə yeni texnologiyalar üstünlük təşkil edib. Ümumi uzunluğu 3500 m-ə bərabər olan relslər üzərində lokomotivlər, müxtəlif dəmir yolu avadanlığı və qurğular nümayiş etdirilib.

“Bakı Metropoliteni” QSC-nin 5 nəfərdən ibarət nümayəndə heyəti sərgidə təqdim edilən yeniliklərlə tanış olub. "Bakı Metropoliteni" QSC-nin mütəxəssisləri bu sərgidə nümayiş etdirilən dəmir yollarına texniki xidmət, işarəvermə, rabitə, tunel tikintisi texnologiyaları, hərəkətin təşkili, sərnişinlərə xidmət sahəsində son yeniliklərlə maraqlanıblar.

İki ildən bir keçirilən sərgi qarşılıqlı əlaqələrin genişləndirilməsində, dünya təcrübəsinin öyrənilməsində böyük əhəmiyyət kəsb etməklə yanaşı, qabaqcıl texnika və yeni texnologiyaların tətbiqində "Bakı Metropoliteni" QSC-nin doğru yolda olduğunu əyani nümayiş etdirib. Bu xüsusda sərgi pavilyonlarının birində dəmiryollarının diaqnostikasından bəhs edən videoçarxın əsas hissəsinin 2015-ci ildə Bakı Metropolitenində istismara verilmiş metropoliten infrastrukturunun çoxfunksiyalı diaqnostika kompleksinə həsr olunmasını qeyd etmək mümkündür. Ümumiyyətlə, son illərdə yeni texnologiyaların mənimsənilməsi sahəsində, Bakı Metropoliteninin ən böyük uğurlarından biri kimi, diaqnostika kompleksi get-gedə daha çox diqqət çəkir. Onun işi ilə Rusiya, İtaliya, Hindistan, Gürcüstan mütxəssisləri maraqlanıblar. Bakılı mütəxəsislər üçün bu sərgidə iştirak etməyin başqa bir əhəmiyyətli cəhəti işgüzar əlaqələrin qurulduğu xarici şirkətlərin, eləcə də məhsulları diqqət çəkən müəssisələrin nümayəndələri ilə işgüzar görüşlərdə, bəzi sual doğuran məsələləri həll etmək imkanı idi.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun yanında sərgi ilə bağlı keçirilən müşavirədə Berlin səfərinin nəticələri müzakirə olunub, Bakı metrosunda tətbiqi münasib bilinən innovasiyaların siyahısı təsdiq edilib və yeniliklərin həyata keçirilməsi üçün görüləcək işlər müəyyənləşdirilib.

17 Oktyabr 2018 10:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin