Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ ermənilərinin İsraili nasist Almaniyası ilə eyniləşdirmək cəhdi yerindəcə cavablandırılıb

Los Ancelesdə erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirməsi ilə bağlı Bakı Şəhəri Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin yazdığı məqalə 22 oktyabr tarixində ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə nəşr edilən “Jewish Journal” qəzetində dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan  verilən məlumata görə, İsrailin Azərbaycana dəstəyinə etiraz olaraq Los Ancelesdəki erməni lobbisi ötən həftə İsrail Baş Konsulluğu qarşısında mitinq keçirib. Həmin mitinqdə İsrailə ünvanlı “Sizin nasist Almaniyasından heç bir fərqiniz yoxdur” şüarı nümayiş etdirilib.

M.Yevdayev isə məqaləsində Ermənistandakı anti-semitizmin baş alıb getdiyini, nüfuzlu “Anti-Defamation League” yəhudi təşkilatının araşdırmasına əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən anti-semit ölkə olduğunu bildirib. Müəllif bundan başqa, Ermənistanın İkinci Dünya Müharibəsi illərində nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni general Qaregin Njdeni milli qəhrəman səviyyəsinə qaldırdığını, ona Yerevanda heykəl ucaltdığını və nasistlərə xidmət etmiş digər bir erməni general Drastamat Kanayanın adının da dövlət səviyyəsində əbədiləşdirildiyini qeyd edib. Bakı yəhudi icmasının reəhbəri Los Ancelesdə qeyd olunan aksiyanı keçirən Erməni Gənclər Federasiyası təşkilatının da vaxtilə məhz Q.Njde tərəfindən yaradıldığını dadiqqətə çatdırır.

M.Yevdayev, eyni zamanda, bir neçə gün öncə Ermənistanın Almaniyanın “Almaniya üçün alternativ” partiyasının neo-nasist üzvlərini Azərbaycanın işğal olunmuş ərazilərinə dəvət etdiyini bildirib.

Həmyerlimiz Ermənistanın bütün bu qanunsuz və insanlıqdan kənar hərəkətlərinin fonunda yəhudi, müsəlman və xristianların çiyin-çiyinə birgə xidmət göstərdikləri Azərbaycan Silahlı Qüvvələrinin mülki əhalimizi qorumaq və Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı azad etmək yolunda inamla irəlilədiyini vurğulayıb.

ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan və 400 min insanı özündə birləşdirən Simon Vizental Mərkəzi Milix Yevdayevin məqaləsini öz “Twitter” hesabından paylaşaraq, radikal erməni lobbisinin İsraili nasist Almaniyası ilə eyniləşdirmək cəhdini iyrənc addım adlandırıb. Paylaşmada Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə ərazisində xristian və yəhudilərin hüquqlarının qorunduğu və İsraillə yaxşı münasibətlər qurulduğu da qeyd edlib.

R.TAHİR,
“Xalq qəzeti”

27 Oktyabr 2020 11:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə