Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NASA Ayda su tapdığını bildirib

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) rəhbəri Cim Braydenstayn bildirib ki, təşkilat Ayın Günəş tərəfindən işqlandırılan səthində su aşkar edib. Bu barədə o özünün “Twitter”dəki səhifəsində yazıb.

NASA rəhbərinin sözlərinə görə, tapıntı haqqında məlumatlar “SOFIA” teleskopunun köməyi ilə alınıb: “Biz ilk dəfə Ayın Günəş tərəfində suyun mövcudluğunu təsdiq edə bilərik”.  Braydenstayn bildirib ki, NASA hələ bu sudan resurs kimi istifadə etməyin mümkün olub-olmadığını bilmir. Bu halda Braydenstayn əlavə edib ki, Ayda suyun mövcudluğu NASA-nın sonrakı tədqiqat planları üçün əsasdır.

R.TAHİR,
“Xalq qəzeti” 

27 Oktyabr 2020 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə