Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədən Minsk Qrupuna çağırış

Azərbaycan ilə Ermənistan arasında elan edilən humanitar atəşkəsin yerinə yetirilməsi üçün Minsk Qrupu beynəlxalq hüquqa uyğun davamlı həlli hədəfləyən, nəticə yönümlü danışıqlar prosesinə başlamalıdır.

Bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

Aksoy son bir ayda əldə edilən üç humanitar atəşkəsin Ermənistan tərəfindən pozulduğunu diqqətə çatdırıb.

“Ötən gün əldə edilən humanitar atəşkəs də Ermənistan tərəfindən pozuldu. Ermənistan cəbhə xəttindəki Azərbaycan ordusunun bölmələrini, eləcə də döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən Azərbaycanın dinc sakinlərin yaşadığı ərazilərə hədəfə alaraq, hücumlar həyata keçirib. Ermənistanın atəşkəs razılaşmalarını pozmasını nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının qərarlarına və beynəlxalq hüquqa uyğun nəticə yönümlü müzakirə müddəti başlamalıdır. Düşünürük ki, elan ediləcək atəşkəslər ancaq bunun sayəsində davamlı ola bilər”.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

27 Oktyabr 2020 10:21 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 22:56
Rusiyada rekord yoluxma
27 Noyabr 2020 | 22:54
Yeni qurum yaradılır
27 Noyabr 2020 | 22:54
İxtisar planı
27 Noyabr 2020 | 22:54
27 milyard dollar investisiya

Köhnə versiyamızdan xəbərləri izlə