Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabulda ət və süd istehsalı artır

Hacıqabulda heyvandarlıq məhsulları istehsalı ilbəil artır. Rayonda əsas təsərrüfat sahəsi olan heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir, hərtərəfli qayğı göstərilir. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və baş sayının artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir, yeni-yeni heyvandarlıq təsərrüfatları, quşçuluq kompleksləri və süni mayalanma məntəqələri yaradılır. Görülən işlər nəticəsində də rayonda mal-qaranın baş sayı, ət və süd istehsalı artır.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda rayonun heyvandarlıq təsərrüfatlarında 35 min 164 baş iri buynuzlu mal-qara, 130 min 242 baş qoyun-keçi bəslənilir. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən işlər ət və süd istehsalının da artmasına güclü təsir göstərib.

Cari ilin doqquz ayı ərzində rayonda 9 min 916 ton ət (diri çəkidə), 16 min 860 ton süd, 250 ton yun istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövründə istehsal olunan ətdən 58 ton, süddən 2 min 337 ton, yundan isə 16 ton çoxdur.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

27 Oktyabr 2020 10:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə