Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana işğal altındakı torpaqların azad edilməsi yolunda heç bir qüvvə mane ola bilməz

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində  bəzi beynəlxalq təşkilatların və  Ermənistanın havadarlarının təzyiqləri, bəzən də təhdidləri davam edir.  Bütün bunlara baxmayaraq,  müzəffər Ali baş Komandan, Prezident İlham Əliyev bu təzyiqlərə sinə gərərək ərazi bütövlüyümüzün təmin olunması yolunda mübarizəni davam etdirir. Sentyabrın 27- də  təcavüzkar Ermənistanın başladığı genişmiqyaslı  təxribatları sonradan müharibəyə çevirməsi işğalçı ölkənin özünə baha başa gəldi.

Məğlub olduğunu açıq şəkildə hiss edən Nikol Paşinyan  2 dəfə ağ bayraq qaldıraraq humanitar atəşkəsə razılıq verdi. Azərbaycan və Ermənistan arasında bu il 10 və 17 oktyabrda olmaqla, 2 humanitar atəşkəs barədə razılıq əldə edilməsi artıq hər kəsə bəllidir. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu. Dövlətimizin başçısı da bu məsələyə münasibət bildirərkən dedi ki, iki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan sona qədər qovacağıq. Hər iki atəşkəsdən dərhal sonra Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri, sərhədboyu ərazilərdən xeyli kənarda  olan Gəncənin mülki əhali yaşayan məntəqələrini raket atəşinə tutdu.

Cəbhə zonasında yerləşən digər rayonlar da artilleriya və raket atəşinə məruz qaldı. Nəticədə 65 dinc sakin vəfat edib, 297 nəfər yaralanıb. Bütün  bunlara baxmayaraq, rəşadətli Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin düşməndən azad  edilməsi yolundan geri çəkilmir. Bu yolda bizə heç bir qüvvə mane ola bilməz. Dövlət başçımızın xalqa  sonuncu müraciətində də məlum oldu ki,  daha 17  yaşayış məntəqəmiz erməni işğalından azad edilib. Hazırda 27 illik işğaldan sonra azad edilmiş kəndlərimizin sayı 165- ə çatdı.

Dünya liderliyinə iddialı ölkələrin xahişləri və bəzən də təzyiqləri fonunda  artıq üçüncü humanitar atəşkəs imzalanıb. Əslində, Ermənistanın havadarları açıq şəkildə görürdülər ki, Azəırbaycan Ordusu işğalçılara göz açmağa imkan vermir. Necə deyərlər, “zavallı ermənilər”in xilası naminə daha bir- 3-cü humanitar atəşkəsə nail oldular. ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı artıq düən  saat 08-dən qüvvəyə minib. Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur”-- deyən Nikol Paşinyan  yenə də ağ bayraq qaldırıb. Bu dəfə  dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Buna baxmayaraq, Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Artıq Paşinyan özünü sülh tərəfdarı kimi göstərməyə çalışır və sülhdən danışır.  Bəs indi nə baş verdi ki, faşist ideologiyasının tərəfdarı birdən- birə sülhsevər oldu?

Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bütün bunlara baxmayaraq, dövlət başçımızın dedyi kimi, işğal altında olan torpaqlarımız tam azad edilməlidir.

Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

27 Oktyabr 2020 10:12 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə