Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyevin qəti mövqeyi: Bizim iradəmizə heç kim təsir edə bilməz

Bayrağımızın hər gün  respublikamızın  27 ildir  işğal altında qalmış yeni bir yaşayış məntəqəsində ucaldılmasına artıq vərdiş edirik. Hər gün qulağımız səsdə, nəzər-diqqətimiz televiziya kanallarındadır. İndicə Prezident, müzəffər Ali Baş Komandan efirdə görünəcək və  düşməndən azad edilmiş  yeni kəndlərimizin adlarını elan edəcək. Vətən müharibəsi bizə  qəm qüssə bəxş etməsi ilə yanaşı, sevinc də bəxş edir. Bu sevinc bütün kədərlərimizi  üstələyib. Müzəffər Ali Baş Komandan  daha 17 yaşayış məntəqəmizin azad olunması xəbərini  verdi.

Sentyabrın 27- dən indiyədək Azərbaycanın 4  rayonu, 3 qəsəbəsi və 165  yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər və Qubadlı rayonlarının bir hissəsi,  Murovdağ yüksəkliyi, Suqovuşan, Xudafərin körpüsü və  strateji əhəmiyyətli yüksəklikər  Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib. İndi həmin ərazilərdə rəşadətli Azərbaycan bayrağı dalğalanır.  Bu qələbələr  Prezident İlham Əliyevin siyasi xadim, qətiyyətli, müzəffər  Ali Baş Komandan  kimi müdrik fəaliyyətinin bariz nümunəsidir.  Eyni zamnada, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücününü göstəricisidir. Ordumuz işğal altında olan torpaqlarımızı öz gücü ilə azad etmək qüdrətində olduğunu bütün dünyaya nümayiş etdirir.

Əgər  Ermənistanın havadarları tərəfindən ölkəmizə təzyiqlər olmasaydı, indi işğal altında bir qarış da torpağımız qalmamışdı. 27 ildir ki, beynəlxalq təşkilatların qərəzli hesabatları, işğalçını adı ilə çağırmaması, tötərdyi terror aktlarına biganəlik, dünyada mövcud olan ikili standartlar Ermənistanı daha da quduzlaşdırdı. Bu vaxta qədər Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına qarşı hər hansı bir sanksiyannın tətbiq edilməməsi də işğalçı ölkəni getdikcə həyasızlaşdırdı.

Sentyabrın 27- dən başlayaraq işğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun güclü  zərbələrindən sonra  acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Artıq beynəlxalq təşkilatlar, o cümlədən Ermənistanın havadarları da görürlər ki, Azərbaycan Ordusu  təcavüzkarları darmadağın edir. Təəssüf ki, beynəlxalq təşkilatlar Ermənistanı işğal siyasətindən əl çəkməyə çağırmaq əvəzinə, yenə də təcavüzkarın yanındadırlar. Artıq ictimaiyyət nümayəndələrinin belə qurumlara inamı heçə enib. Bu günlərdə  BMT Təhlükəsizlik Şurası daimi üzlərinin və ATƏT-in Minsk qrupu ilə birlikdə hazırladıqları bəyanət layihəsinin geri qaytarılması da bunu təsdiqləyir.

Beynəlxalq təşkilatlara da bəllidir ki, bu vaxta qədər Azərbaycan və Ermənistan arasında  bu ilin 10 və 17 oktyabrında olmaqla, 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozuldu.  Yenə də beynəlxalq təşkilatlar susdu. Əvəzində, Azərbaycana təzyiqləri davam etdirirlər. Qeyd etdiyim kimi, bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər.

Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni, onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu. Əslində, bəyanatda, əsasən, söhbətin  atəşkəsdən deyil, humanitar atəşkəsdən getdiyi vurğulanmalı idi.  Yenə də ikili standartlar və ermənipərəst siyasət özünü açıq şəkildə büruzə verir.  Təəssüf ki, həm ABŞ Dövlət Departamentinin, həm də  və ATƏT-in Minsk qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatlarında  yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır. Çünki  bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəssəl həlli prosesi ilə paralel getməlidir. Bu, o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Ermənistanın havadarlarının Azərbaycana təzyiq göstərməsinin heç bir faydasının olmadığını görən Nikol Paşinyan  indi  kompromislərdən danışır. Halbuki, baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur”-- deyən  işğalçı ölkənin baş naziri  bu dəfə  çıxış yolunu  danışıqlar üçün ABŞ-a yalvarmaqda görür.

Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu, onu göstərir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Dünya ictimaiyyəti də bunun şahidi oldu. 3- cü humanitar atəşkəs də Ermənistan ordusu tərəfindən pozuldu.  Bütün bunlara baxmayaraq, Azərbaycan hər hansı bir təzyiqdən geri çəkilməyəcək və ərazi bütövlüyümüzün təmin olunması yolunda sona qədər gedəcək.  Dövlətimizin başçısnın qəti mövqeyi də belədir : “Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz”.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

27 Oktyabr 2020 10:11 - SİYASƏT
SİYASƏT
25 Noyabr 2020 | 03:39
Xilaskar prezident

Köhnə versiyamızdan xəbərləri izlə