Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Euronews” çəkiliş qrupu Ermənistan tərəfindən atəşə tutulub

Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.

"Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”-un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır. “Euronews”-un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (https://vimeo.com/472347741).

27 Oktyabr 2020 09:34 -

Köhnə versiyamızdan xəbərləri izlə