Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Elazığ bölgəsində Azərbaycan qəhrəmanlarına məktub aksiyası təşkil ediləcək

Türkiyənin Elazığ bölgəsində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” aksiyasına start veriləcək. Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə Müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə edəcəklər.

Akasiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ bələdiyyəsinin dəstəyi ilə gerçəkləşəcək.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

27 Oktyabr 2020 09:06 -

Köhnə versiyamızdan xəbərləri izlə