Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan parlamentinin Sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına xarici ölkələrin parlamentləri tərəfindən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlarını pisləyən məktublar gəlməkdə davam edir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu günlərdə Pakistan İslam Respublikası Milli Assamb­leyasının Sədri Əsəd Qayser Milli Məclisin Sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs re­jiminin məqsədli şəkildə pozulması və Azərbaycanın mülki şəxslərinin atəşə tutul­ması pislənilir.

Məktubda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki şəxslərini hədəfə alması ciddi narahatlıq doğurur. Belə hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq humanitar hüququn pozulmasıdır. Pakistan Ermənistanı dövlət kimi tanımır və bu ölkənin Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda təhlükəsizlik sahəsində vəziyyətin gərginləşməsi barədə narahatlığını ifadə edib.

Pakistan Milli Assambleyasının Sədri məktubunda Ermənistanın qardaş Azərbaycan xalqına qarşı hərbi təcavüzünü pisləyir və bildirir ki, Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatları dayandırmalıdır.

Pakistanın Parlamenti, Hökuməti və xalqı qardaş Azərbaycan xalqının özünümüdafiə hüququnu dəstəkləyir. Pakis­tan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın BMT-nin Təhlükəsizlik Şura­sının qətnamələrinə əsaslanan mövqeyində bundan sonra da onun yanındadır.

27 Oktyabr 2020 02:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə