Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz Qubadlıya qayıdırıq

Bu sevinci necə ifadə etmək olar? Vallah, bilmirəm. Qubadlı həsrəti 27 ildir ruhumuzu sarsıtmışdı. Bu qədər də doğma yurddan ayrı düşməkmi olar? Çətin oldu bizim üçün. Cənab Prezident himayədarımız oldu, bizim məcburi köçkünlərimizə hər cür qayğı göstərdi, yeni mənzillər verildi, iş yerləri açıldı. Bir sözlə, yaşadıq, vəziyyətdən çıxa bildik. Mənə qu­badlılıların bütün ağrıları yaxşı tanışdır. Onlar yurdsevər insanlardır. Hər şey nə qədər yaxşı olsa da, onlar öz doğma ocaqlarının həsrəti ilə yaşayırdılar. Bilirdilər ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti tezliklə torpaqlarımızın azad olunmasını təmin edəcək.

Zaman gəlib yetişdi. Bu gün Azərbaycan Ordusunun zəfər yürüşü biz qubadlılıları arzumuza çatdırdı. Doğ­ma torpağımız işğaldan azad olundu. Prezidentimiz bu qələbə münasibətilə xalqımızı təbrik etdi. Mən də, cənab Pre­zident, bütün qubadlılılar adından Sizi bu möhtəşəm qələbələr münasibətilə təbrik edirəm və Sizinlə doğma Qubadlıda görüşməyi arzulayıram.

Möhtərəm Prezidentimiz Azərbaycan xalqının 30 illik istirablarına son qoyur. Qələbə əzmi xalqımızı öz rəhbəri ətrafında sıx birləşdirib. Azərbaycan xalqı heç vaxt bugünkü qədər həmrəy olmayıb. Baxın, bütün partiyalar iqtidar ətrafında sıx birləşib.

Biz qubadlılılar Prezidentimizin bütün çıxışlarını izləyirik. Ali Baş Komandan hər çıxışında yeni bir qələbə xəbəri verir və bu çıxışlardan məmnunluq duyuruq. Mən həmin çıxışlardan bir məqamı diqqətə çatdırmaq istəyirəm: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanında olacaq”.

Bəli, Füzulidən, Cəbrayıldan, Zəngilandan düşmən qüvvələri qovuldu. Bu gün isə bayrağımız Qubadlıda dalğalanır.

Bütün qubadlılılar doğma yur­dumuzun işğaldan azad olunmasını səbirsizliklə gözləyirdilər. Nəhayət, cənab Prezidentin bu şad xəbəri pay­laşması qubadlılıları Ali Baş Koman­danın ətrafında daha sıx birləşməyə sövq edib. Bu gün Azərbaycan Ordusu sıralarında döyüşən qubadlılılar böyük qəhrəmanlıq göstərirlər. Milli Qəhrəman Şükür Həmidovun Qubadlının azad olunması uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olması təkcə qu­badlılılar üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itki oldu. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı onun atası Nəriman Həmidova başsağlığı verdi, dedi ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, ona qəhrəman ulduzunu şəxsən mən təqdim etmişəm. Cənab Prezident bildirib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükür Həmidovun doğulduğu və azadlığı uğ­runda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğu­lamışdır.

Qəhrəman ordumuzun düşməni tezliklə işğal olunmuş bütün ərazilərimizdən qovacağına xalqımızda böyük inam var. Bu inamı müdrik siyasət xadimi cənab Prezident İlham Əliyev ya­radıb. Bu inama söykənən qubadlılılar bir səslə deyirlər: “Qarabağ Azərbaycandır!”

Allahverdi HAXVERDİYEV, YAP Qubadlı rayon təşkilatının sədri

27 Oktyabr 2020 02:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə