Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın siyasi-hərbi rəhbərliyi xalqın reaksiyasından, qəzəbindən qorxduğu üçün cəsədləri götürmək istəmir

Azərbaycan humanist prinsiplərlə birtərəfli qaydada erməni əsgərlərin cəsədlərini Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ermənistana təhvil verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 18-də Azərbaycanın cəsədləri birtərəfli qaydada qaytarmağa hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ermənistan hələ də cavab vermir. Cəsədləri götürməkdən imtina real vəziyyəti gizlətmək məqsədi daşıyır. Beləliklə, bir daha aydın olur ki, Ermənistan cəsədləri götürmək istəmir, çünki mövcud siyasi-hərbi rəhbərlik xalqın reaksiyasından, qəzəbindən qorxur.

27 Oktyabr 2020 02:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə