Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 297 nəfər, o cümlədən 32 uşaq yaralanıb

Ermənistan ordusunun oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hü­cumları nəticəsində Gəncədə 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb. Bundan başqa, şəhərdə mülki inf­rastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırkı vaxtadək mülki şəxslərdən 65 nəfər həlak olub. Onlardan 18-i qadın, 10-u uşaqdır. Eləcə də 297 nəfər, o cümlədən 69 qadın və 32 uşaq yaralanıb.

* * *

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27- dən oktyabrın 26-sı saat 12:00-dək dinc əhaliyə qar­şı törədilmiş cinayətlərin statistikasını təqdim edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 65 nəfər həlak olub, 297 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2243 ev, 90 çoxmənzilli yaşayış binası və 402 mülki obyekt yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, rəşadətli Azərbaycan Ordusu­nun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konven­siyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

“Xalq qəzeti”

27 Oktyabr 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə