Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

CƏBHƏDƏN SON XƏBƏRLƏR

Oktyabrın 26-da saat 08.05-də Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini poza­raq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub.

* * *

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq oktyabrın 26-da Tərtər şəhərini və rayonun kəndlərini artilleriya atəşinə tutub.

* * *

 

Yeni humanitar atəşkəs rejimi­nin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu, eləcə də Ermənistan- Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini müxtəlif növ atıcı silahlar, minaatanlar və toplardan atəşə tutur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səhər saat­larından başlayaraq Ermənistanın Berd, Çəmbərək və Vardenis rayon­ları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır.

* * *

Azərbaycanın hərbi aviasiya vasitələrindən istifadə etməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalandır və növbəti dezinformasiyadır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan əldə olunmuş yeni humanitar atəşkəs rejimi barədə razılığa riayət edir.

* * *

Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 26-sı saat 11.20-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun ərazisini artilleriya qurğularından atəşə tutub.

* * *

Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordu­su tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, qoşun­larımız bütün cəbhəboyu yeni huma­nitar atəşkəs rejiminə əməl edir.

* * *

Azərbaycan Ordusuna məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yay­dığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tam əksinə, dünən günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

27 Oktyabr 2020 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə