Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nüvə silahlarının qadağan edilməsinə dair müqavilə ratifikasiya edilib

BMT-nin bildirdiyinə görə, nüvə silahlarının qadağan edilməsinə dair beynəlxalq müqavilə Birləşmiş Millətlər Təşkilatına üzv olan 50 ölkə tərəfindən ratifikasiya edilib. Bu barədə “Amerikanın səsi” məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Hondurasın müqaviləni təsdiqləyən 50-ci ölkə olması ilə tarixi sənəd 90 gündən sonra yanvarın 22-də qüvvəyə minir.

BMT Baş katibi Antonio Quterreş 50 ölkənin və vətəndaş cəmiyyətlərinin nüvə əleyhdarı fəallarının səylərinə yüksək qiymət verib. Onun fikrincə, bəşəriyyətin gələcəyi üçün bu sənədin böyük əhəmiyyəti var. Dünyanın nüvə müharibəsi təhlükəsi altında yaşama­sı böyük ədalətsizlikdir. Təəssüf ki, nüvə silahına malik olan bir çox böyük ölkələr, o cümlədən ABŞ, Rusiya və Çin bu müqaviləyə qoşulmayıblar.

Yeri gəlmişkən, bu günlərdə BMT yaranmasının 75 ili tamam olub. Məlumat üçün bildirək ki, BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da ABŞ-ın San-Fransisko şəhərində imzalanıb. Sənəd həmin ilin oktyabrın 24-də qüvvəyə minib. Məhz həmin tarix bu təşkilatın rəsmən yarandığı gün kimi qeyd edilir.

Qeyd etmək lazımdır ki, hazırda BMT-nin dünyada rolu, sülhyaratma missiyası nın səmərəliliyi barədə fikirlər birmənalı deyil. Qurumun bir sıra qərar və qətnamələri vaxtında icra olunmur. Buna görə də bir çox dövlət xadimləri, təhlilçilər BMT-də hərtərəfli islahatların aparılmasını zəruri hesab edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasında yalnız beş böyük dövlətin təmsil olunmasını nəzərə alaraq, çıxışlarında dəfələrlə deyib ki, “dünya beşdən böyükdür!” Bu tezis əksər ölkələrdə müsbət reaksiya doğursa da, hələlik problemi müsbət həll etmək mümkün olmur.

M.HACIXANLI, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə