Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Dövlət Dumasının 91 deputatı koronavirusa yoluxub

Rusiya Dövlət Dumasının 91 deputatı koronavirusa yoluxub, yaxud hazırda bu xəstəlikdən müalicə olunur. Bu barədə dünən ölkə Prezidenti Vladimir Putinlə görüşündə Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. Məlumatı Kremlin saytına istinadən “İzvestiya.ru” verib.

V.Volodin deyib: “Hazırda 38 deputat xəstəxana çarpa­yısında müalicə alır, bir nəfər reanimasiyadadır”. Onun sözlərinə görə, deputatlardan biri bu amansız xəstəlikdən dünyasını dəyişib.

Rusiya parlamenti aşağı palatasının sədri qeyd edib ki, parlamentin iş qabiliyyətini qoruyub saxlamaq üçün tədbirlər görülür. Harada mümkündürsə, orada distant iş və videoformatda konfrans təşkil olunur.

Volodin əlavə edib: “Ancaq biz bunu parlamentin işinin təşkili çərçivəsində həyata keçirə bilmərik. Depu­tatlar başa düşürlər ki, Pre­zident hər gün koronavirusla bağlı vəziyyətə nəzarət edir, parlamentarilər isə dövlət başçısının qərarlarını qanuni şəkildə yerinə yetirmək üçün hər şeyi etməlidirlər”.

Xatırladaq ki, Dövlət Duması hələ sentyabrda məlumat vermişdi ki, korona­virus şübhəsi ilə hospitalizə olunmuş deputatların sayı artmaqdadır. Sentyabrın 22-nə olan məlumata görə, Dövlət Dumasının 10 de­putatı infeksiya ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, dünən dünyada koronavirus infeksi­yasına yoluxanların sayı 43 milyon nəfəri keçib. Pan­demiya səbəbindən dünya üzrə 1 milyon 155 min 524 nəfər vəfat edib. Pandemi­yanın statistikasını aparan “Worldometer” saytının verdiyi məlumata görə, ən çox yoluxmanın baş verdiyi ABŞ-da bu göstərici 8 milyon 827 min 932 nəfər olub. Rusiya Hindistan (7 milyon 866 min 740) və Braziliyadan (5 milyon 381 min 224) sonra üçüncü yerdə qərarlaşıb. Ha­zırda Rusiyada 1 milyon 513 min 877 nəfər koronavirusa yoluxub.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə