Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hasilat bir milyon barrelə yüksələcək

TASS informasiya agentliyinin məlumatına görə, Liviyanın gündəlik neft istehsalı 1 milyon barrelə yüksələcək. Bildirilir ki, Liviyanın Milli Neft Korporasiyası ölkədə neft limanlarının yenidən fəaliyyətə başlaması ilə qarşıdakı bir ay ərzində buna nail olacağını açıqlayıb. Korporasiya ölkənin ən böyük ixrac terminalı olan “Es Sider”in şərq limanlarında və “Ras Lanuf”dakı fors-major vəziyyətin aradan qaldırıldığını açıqlayıb.

Bildirilir ki, ölkədə uzun müddətdir davam edən vətəndaş müharibəsində işti­rak edən xarici döyüşçülərin bölgəni tərk etməsi ilə aylardır dayandırılan isteh­sal əməliyyatları yenidən təhlükəsiz şəraitdə başlayıb.

“Ras Lanufu” neftlə təmin edən və istehsal gücü gündəlik təxminən 90 min barrel olan “Al Nafoura” və “Amal” yataqlarında hasilat bərpa edilib.

Qeyd edilir ki, atəşkəsdən sonra Liviyada neft hasila­tının sürətli şəkildə artması və koronavirusa yoluxma sayının yüksəlməsi enerji tələbatına mənfi təsir göstərir və xam neft qiymətlərinin aşağı düşməsinə səbəb olur.

Xatırladaq ki, ötən həftələrdə Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft ya­tağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, general Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataq­dakı fors-major vəziyyət ləğv edilib.

“Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftarın tabeliyindəki qüvvələrin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə