Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tundrada ekoloji dəyişikliklər qeydə alınıb

Son illər qlobal iqlim dəyişikliyi dünya ölkələrinin iqtisadiyyatına milyonlarla dollar zərər vurur. Dünyanın bir sıra regionlarında səhralaşma prosesi getdiyi halda, bəzi rayonlarda illik ya­ğıntının miqdarı normadan artıq düşür. Bunun nəticəsində tez-tez daşqınlar, torpaq sürüşmələri və digər təbii proseslər qeydə alınır.

Qeyd edək ki, bu günlərdə rusiyalı alimlər Arktikanın qərbində aparılan çoxillik geokrioloji monitorin­qin nəticələrini açıqlayıblar. Nəticələrdən aydın olur ki, bu regionda orta illik temperatur 3 dərəcə artıb, yağıntıların il­lik miqdarı isə 5-10 faiz artıb.

Məsələni şərh edən Tümen Dövlət Universitetinin əməkdaşı Aleksandr Vasilyev deyib: “Tipik tundra zonasın­da süxurların orta illik tem­peraturu daha çox dəyişikliyi qeydə alınıb. Bütövlükdə, 1970-ci ildən bəri region üzrə havanın orta illik temperaturu təqribən 2,8 dərəcə artıb ki, bu da iqlim dəyişmələrinin “sərt” ssenari”sinə yaxındır”.

Alimlər müşahidə ediblər ki, orta illik temperaturun 5-10 faiz yüksəlməsi ilə yanaşı, yağıntının illik miq­darı da artıb. Ekoloqlar tipik tundradan başqa bütün iqlim zonalarında Yer qatının don­muş təbəqəsinin pisləşməsini də müşahidə ediblər.

A.Vasilyev sonra deyib: “Donmuş qatın əriməsi meşə tundrası zonasında hələ 1990-cı illərin ortalarında başlayıb və yaxşı drenaj olunmuş sahələrdə hazırda 7-10 metrə çatıb”.

Bununla yanaşı, Yerin donmuş qatının pisləşməsi bitki örtüyün fəal inki­şafına və bioiqlim zona sərhədlərinin şimala doğru yerdəyişməsinə səbəb olub. 1975-ci ildən indiyədək bu yerdəyişmə 30-40 kilometr təşkil edib. Alimlər onu da müşahidə ediblər ki, iqlimin istiləşməsi təkcə ağaclıq yaşıllığının əmələ gəlməsinə deyil, həm də kolluqların olduğu ərazilərin böyüməsinə və bütövlükdə landşaftların müxtəlifliyinin bir qədər azal­masına gətirib çıxarır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə