Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya turizm sənayesinə nə qədər ziyan dəyib?!

COVID-19 virusuna görə dünya turizm sənayesinə külli miqdarda ziyan dəyib. Təhlilçilərin hesablamalarına görə, pandemiya dünya turizm sənayesinə 1,5 trilyon dollar ziyan vurub.

Koronavirus turizm sahəsini ölü zo­naya çevirib. Türkiyənin turizm sahəsinə milyardlarla dollar ziyan dəyib. ABŞ-ın Florida ştatındakı “Carnival” turizm şirkəti pandemiya dövründə 4,4 milyard dollar itirib.

Berndən Alp dağlarına gedən qatar­lar boş qalıb.

Tailandın ümumi daxili məhsulunun (ÜDM) 10 faizini turizm təşkil edir. Lakin ölkədə nə turist var, nə də pul.

Turistlərin ən çox sevdikləri Havay adaları da turistsiz qalıb. İranda da turizm sahəsi iflic vəziyyətə düşüb. Fransanın məşhur otelləri müştərisiz qalıb. Otel işçilərinin 20-25 faizi ixtisar edilib.

Gələcəkdə dünya turizm sənayesi necə olacaq? Bu suala BMT-nin ekspertləri hələ ki cavab verə bilmirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

27 Oktyabr 2020 01:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə