Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hava proqnozu

Oktyabrın 27-də

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 13-16, gündüz 20-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 6-11, gündüz 21-26 dərəcə isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xo­calı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 6-11 , gündüz 15-20 dərəcə isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmur­suz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonla­rında əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şir­van, Hacıqabul, Salyan, Neftçala rayonların­da əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 13-15, gündüz 20-24, dağlarda gecə 10-14, gündüz 17-21 dərəcə isti olacaq.

 

27 Oktyabr 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə