Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kaxa Kuçava: Gürcüstan ilə Azərbaycan arasında hökumət və parlament səviyyəsində səmərəli əməkdaşlıq mövcuddur

Gürcüstan və strateji tərəfdaşımız olan Azərbaycan arasında həm hökumət, həm də parlament səviyyəsində səmərəli əməkdaşlıq mövcuddur. Bu cür münasibətlər hər iki tərəf üçün daim strateji əhəmiyyət daşıyaraq xalqlarmızın milli mənafeyinə söykənir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kaxa Kuçava söyləyib.

O deyib ki, gürcü və Azərbaycan xalqlarını tarixi dostluq telləri birləşdirir. Etnik azərbaycanlılar Gürcüstan cəmiyyətinin mühüm bir hissəsidir. İki ölkə arasında münasibətlər sürətlə inkişaf edir ki, bu da regionda iqtisadi sabitliyi qoruyub saxlamaq və inkişaf etdirmək üçün çox mühümdür.

Sədr müavini deyib: “Son hadisələri də nəzərə almaqla biz hesab edirik ki, sülhə alternativ yoxdur və buna da yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür. Elə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya da tərəfləri buna səsləyib, dialoqun məkanı kimi Tbilisi şəhərini də təklif etmişik. Ölkəmizin, xalqımızın inkişafı üçün regionda sülh vacib şərtdir”.

O, həmçinin Gürcüstan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini qeyd edib.

26 Oktyabr 2020 17:31 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə