Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biz Qubadlıya qayıdırıq

Bu sevinci necə ifadə  etmək  olar?  Vallah,  bilmirəm. Qubadlı həsrəti  27 ildir  ruhumuzu sarsıtmışdı. Bu  qədər də  doğma  yurddan ayrı düşməkmi olar? Çətin oldu bizim üçün. Cənab Prezident  himayədarımız oldu,  bizim məcburi köçkünlərimizə  hər  cür qayğı   göstərdi,  yeni mənzillər  verildi, iş yerləri açıldı. Bir  sözlə, yaşadıq,  vəziyyətdən çıxa bildik. Mənə  qubadlılıların  bütün ağrıları yaxşı tanışdır. Onlar  yurdsevər insanlardır.  Hər şey nə qədər yaxşı olsa da,  onlar öz  doğma ocaqlarının həsrəti ilə  yaşayırdılar. Bilirdilər ki,  cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, müdrik siyasəti  tezliklə   torpaqlarımızın azad olunmasını təmin edəcək. 

Zaman gəlib yetişdi. Bu gün Azərbaycan  Ordusunun zəfər  yürüşü  biz  qubadlılıları  arzumuza  çatdırdı.  Doğma  torpağımız  işğaldan azad olundu. Prezidentimiz  bu qələbə  münasibətilə  xalqımızı təbrik etdi. Mən də, cənab Prezident,  bütün qubadlılılar adından  Sizi    bu mötəşəm  qələbələr münasibətilə təbrik edirəm və Sizinılə   doğma  Qubadlıda  görüşməyi  arzu edirəm.

Möhtərəm  Prezidentimiz   Azərbaycan  xalqının  30 illik  istirablarına  son  qoyur.  Qələbə əzmi  xalqımızı   öz rəhbəri ətrafında  sıx birləşdirib. Azərbaycan xalqı heç vaxt  bugünkü  qədər  həmrəy olmayıb. Baxın,  bütün partiyalar  iqtidar ətrafında  sıx birləşib. 

Biz  qubadlılılar  Prezidentimizin  bütün çıxışlarını izləyirik.  Ali Baş Komandanın hər çıxışında  yeni bir qələbə  xəbəri verir və  bu çıxışlardan məmnunluq duyuruq.  Mən  həmin  çıxışlarındandan  bir məqamı diqqətə çatdırmaq istəyirəm: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanında olacaq”.

 Bəli, Füzulidən, Cəbrayıldan, Zəngilandan  düşmən  qüvvələri  qovuldu.   Bu gün isə bayrağımız    Qubadlıda  dalğalanır.

Bütün   qubadlılılar   doğma yurdumuzun işğaldan azad olunmasını  səbirsizliklə  gözləyirdilər.  Həhayət,  cənab  Prezidentin bu şad  xəbəri  paylaşması  qubadlılıları  Ali  Baş Komandanın ətrafında  daha  sıx birləşməyə  sövq edib. Bu  gün  Azərbaycan  Ordusu  sıralarında   döyüşən  qubadlılılar  böyük  qəhrəmanlıq  göstərirlər.  Milli Qəhrəman  Şükür Həmidovun   Qubadlının azad olunması uğrundakı  döyüşlərdə  qəhrəmancasına  həlak olması  təkcə  qubadlılılar  üçün deyil, bütün Azərbaycan  xalqı  böyük itki oldu. Dövlətimizin başçısı Şükür Həmidovun həlak olması ilə bağlı  onun atası Nəriman Həmidova başsağlığı verdi, dedi ki, Şükür Həmidov hələ Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, ona  qəhrəman ulduzunu şəxsən MƏN  təqdim etmişƏM. Cənab Prezident  qeyd edib ki, Şükür Həmidov bu dəfə Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Prezident İlham Əliyev Şükür  Həmidovun doğulduğu və  azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini vurğulamışdır.

Qəhrəman  ordumuzun  düşməni   tezliklə  işğal olunmuş  bütün ərazilərimizdən  qovacağına  xalqımızda   böyük inam  var.  Bu inamı    müdrik siyasət xadimi  cənab  Prezident İlham Əliyev  yaradıb.  Bu inama söykənən  qubadlılılar  bir səslə  deyirlər: “Qarabağ Azərbaycandır!”

Allahverdi HAXVERDİYEV,
YAP  Qubadlı rayon təşkilatının sədri

26 Oktyabr 2020 16:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə