Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş prokurorluq: Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.

Bundan başqa, 402 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 2243 yaşayış evi yararsız hala düşüb.

26 Oktyabr 2020 14:40 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə