Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusunun zəfər yürüşünün ünvanı Laçın dağlarıdır

Erməni vandalizminin yırtıcı izləri bütün dünyaya göstərilməlidir

Laçın dağlarında doğulub-böyümüş, rayonun işğalına qədər doğma torpaqda müxtəlif  vəzifələrdə çalışmış, geniş quruculuq işlərində yaxından iştirak etmiş,  Qarabağ münaqişəsinin ilk günlərindən isə silaha sarılıb düşmənin qarşısında canlı sədd yaratmağa kömək etmiş, ağır məcburi köçkünlüük həyatını  da həmyerliləri arasında keçirmiş  Ramiz Cəbrayılov Azərbaycan Ordusunun zəfər yürüşünün bugünlərdə Laçın dağlarına qədəm basması ilə bağlı duyğu-düşüncələrini belə qələmə almışdır:

–Vətən həsrətli, qeyrətli, mərd, cəsur, doğma yurdumuzu hər dəyərdən üstün tutan dəyərli məcburi köçkün soydaşlarım, qarabağlılarım, laçınlılarım! Şükürlər olsun bu günə! Qızıl hərflərlə  yeni Azərbaycan tarixini yazan Ali Baş Komandanımızın rəhbərliyi altında  cəsur Silahlı Qüvvələrimizin parlaq qələbələri sayəsində 30 ildən bəri öz yurdunda məcburi köçkün taleyi yaşayan 1 milyon soydaşımızın yurd həsrətinə, nəhayət,  son qoyulur. Növbə biz laçınlılarındır.  Allahın bizə bəxş etdiyi ömrü orada – o müqəddəs torpaqlarda şərəf və qürurla yaşamaq xoşbəxtliyini bizə nəsib etdiyinə görə müzəffər Azərbaycan Ordusuna və Ali Baş Komandan İlham Əliyevə bundan sonrakı həyatımız boyu minnətdar olacağıq.

Dövlətimizin qüdrət və qayğısı sayəsində işğaldan azad edilmiş şəhər və, kəndlərmizdə, hər obamızda, küçəmizdə böyük canlanma yaşanacaq,  quruculuq işləri yüksək səviyyədə  həyata keçiriləcək. Bir sözlə, qəddar düşmənin xarabazara çevirdiyi Qarabağyenidən  cənnətə döndəriləcək. O yurdlar, eyni zamanda, təbiətinə və orada aparılan yenidən bərpa işlərinə görə tez bir zamanda müxtəlif ölkələrdən turustlərin diqqətini cəlb edən  planetimizin ən gözəl guşələrindən birinə çevriləcək.

Erməni faşizmi son 30 ildə etdiklərinin başlnğıcı  kimi, 1905--1906, 1918-1920-ci illərdə də  millətimizə qarşı analoqu olmayan soyqırımlar, vandalizm və s. ağır cinayətlər törədiblər. Erməni silahlı quldurlarının 1918-ci il martın 31-dən başlayaraq Bakıda tərətdikləri  dəhşətli qətllər, Şamaxı şəhərində müsəlmanları qoca, qadın, uşaq demədən məscidə yığıb yandırmaları, Qubadakı kütləvi məzarlığın da təsdiqlədiyi  saysız-hesabsız soyqırım faktları amansızlığı ilə insanı dəhşətə gətirir.

Amma təəssüf ki, sovet dövründə xalqımızın bədxahları bu qanlı əməlllərin izlərinin üstündən qalın pərdə çəkməklə həmin faciə və dərdləri bizlərə unutdurmağa çalışmışlar. Məhz belə unutqanlığımız sayəsində ötən yüzilliyin 1990-cı illərdən bəri yeni faciələr yaşadıq.

Nəhayət, Qarabağdakı Böyük Qələbəmizdən sonra bir daha belə səhvlərə yol verməməliyik. Və öncə dediyim kimi, hər şəhərdə, hər kənddə, hər obada, hər küçədə, təbiətimizin hər guşəsində işğalçı və terrorçu ermənilərin insanlığa sığışmayan izləri var.  İnşallah, yaşayış məntəqələrimizə qayıdıb orada yaşayımızı bərpa etməyə başladıqdan sonra  erməni faşizminin həmin izlərini səma altında əyani, canlı bir muzey kimi qoryub saxlamalıyıq.  Necə ki, İkinci Cahan müharibəsindən  bəri Leninqradda, Volqoqradda,  Polşada, hətta Almaniyanın özündə  Hitler faşizminin  insanlığa qarşı cinayətlərinin izləri qorunub saxlanılır. Övladlarımız, nəvə-nəticələrimiz, gələcək nəsillərimiz, eləcə də xarici ölkələrdən siyasətçi, diplomat, turist, alim və s. qismində  gələn qonaqlar  həmin muzeylərə baxıb bilməlidirlər ki, ermənilər insanlıq adına ləkə olan hansı əməllərin, hansı xislətin sahibidirlər. 

Bu günlərdə Füzuli şəhəri işğaldan azad olunan  zaman 27 il orada - zirzəmidə zəncirlənərək saxlanılmış iki soydaşımız da azad olundu.  İnsanı belə bir şəraitdə zəncirlənmiş vəziyyətdə saxlamaq – erməni faşizminin bariz nümunəsidir. Bu cür qeyri-insani üsuldan heç Hitler də istifadə etməyib. Soydaşlarımızın ayaqlarına vurulmuş həmin zəncirlər kimi amansızlıq nümunələri də gələcək nəsillərimizə və dünyaya erməni işğalçılarının  mənfur xislətini çatdırmaq üçün muzeydə saxlanılmalıdır. Erməni vandalizminin yırtıcı izləri bütün dünyaya göstərilməlidir.

Hərbi əməliyyatlar, işğal altındakı məntəqələrimizin azadlığı zamanı yaşayış binalarına, dinc ermənilərə mümkün qədər zərər vurmamağa çalışmaqla  yüksək hərbi mədəniyyət nümayiş etdirən Azərbaycan Milli Ordusunun timsalında həm də misilsiz ümumxalq birliyi və  tolerantlıq nümunəsi üzə çıxır.  Belə ki, ordumuzun sıralarında  müxtəlif din və milliyyətdən olan Azərbaycan vətəndaşları: Azərbaycan türkləri, talışlar, ləzgilər, kürdlər, avarlar, ləzgilər, tatlar, yəhudilər, ruslar və s. çiyin-çiyinə canları, qanları bahasına  ümumi Vətənimizin erməni işğalçı birləşmələrindən təmizlənməsi üçün  savaşırlar.

Xalqımızın üzərindən bu qara ləkə və buludları təmizləməkdə olan Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun! Azərbaycanın bugünkü şərəfli tarixini qürurla dünya tarixinin səhifələrinə qızıl hərflərlə yazan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə müstəqil dövlətimizin ərazi bütöblüyü tamaamilə bərpa ediləcək. Bununla Qarabağın Azərbaycana məxsusluğu tarixə əbədi həkk ediləcək.

Ramiz CƏBRAYILOV,
Laçından məcburi köçkün, Qarabağ müharibəsinin veteranı

26 Oktyabr 2020 14:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
2 Dekabr 2020 | 04:24
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə