Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan komandası cüdo üzrə “Böyük dəbilqə” turnirini 4-cü yerdə başa vurub

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan komandası 1qızıl, 2 bürünc medalla başa vurub.

Yığma komandanın aktivinə qızıl medalı milli komandamızın üzvü Rüstəm Orucov (73 kq), bürünc medalları isə Orxan Səfərov (66 kq) və Məmmədəli Mehdiyev qazandırıblar. Digər idmançılarımızdan Gültac Məmmədəliyeva (52 kq) bürünc medal uğrunda təsəlliverici görüşdə uduzaraq 7-ci yeri tutub. Bu nəticə ilə Azərbaycan komandası 4-cü yerdə qərarlaşıb.

İdmançılarımız, həm də, Tokio Olimpiya Oyunlarına lisenziya xalları qazanıblar. Ümumi nəticələrə görə, Rusiya 3 qızıl, 2 gümüş, 1 bürünc medalla birinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan “Böyük dəbilqə” turnirində 17 cüdoçu ilə iştirak edib. Yarışda 61 ölkədən 405 idmançı mübarizə aparıb.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

26 Oktyabr 2020 12:21 - İDMAN
İDMAN
27 Noyabr 2020 | 01:11
Yeni antirekord
25 Noyabr 2020 | 12:14
Özilin əvəzləyicisi
25 Noyabr 2020 | 11:54
Salahdan şad xəbər
25 Noyabr 2020 | 03:15
Yeni rekord

Köhnə versiyamızdan xəbərləri izlə