Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şotlandiyada yaşayan soydaşlarımız Azərbaycana dəstək aksiyası təşkil edib

Şotlandiyanın Edinburq şəhərində yerləşən Skot abidəsinin qarşısında soydaşlarımız Azərbaycana dəstək aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada Şotlandiyanın Edinburq, Qlazqo və Aberdin şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib.

Aksiyada “Qarabağ Azərbaycandır!”, “Mülki insanlar toxunulmazdır”, “Uşaq ölümünə son qoyun!”, “Gəncə üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar səsləndirilib.

Həmçinin Şotlandiyanın müxtəlif bölgələrindəki parklara və ən məşhur Fort körpüsünə (Fort Bridge) “Qarabağ Azərbaycanındır!” adlı plakatlar yerləşdirilib.

26 Oktyabr 2020 09:40 -

Köhnə versiyamızdan xəbərləri izlə