Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada koronavirusa gündəlik yoluxma sayı 45 min 422-yə çatıb

Fransada son sutka ərzində koronavirusa 45 min 422 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə epidemiyanın idarə edilməsində çətinliklər yaranıb. Fövqəladə sanitar rejimində olan ölkənin xəstəxanalarında, xüsusilə də reanimasiya şöbələrində çarpayı çatışmazlığı özünü göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində COVID-19 epidemiyasından ölənlərin sayı 138-ə çatıb. Xəstəxanalarda 15 min 637 koronavirus xəstəsi var, gündəlik daxil olan koronavirus xəstələrinin sayı isə 1667-dir. Reanimasiya şöbələrində olanların sayı dünən 2491 olub. Hazırda reanimasiya şöbələrində 5800 ağır vəziyyətdə olan koronavirus xəstəsi var, ancaq tezliklə onların sayı 7700-ə çatacağı gözlənilir.

Ölkədə 54 departament komendant saatı rejimindədir. Tezliklə komendant saatının artıq saat 21:00-dən deyil, 19:00-dan saat 06:00-ya kimi olacağı bildirilir.

Xatırladaq ki, Fransada epidemiya başlayandan koronavirusdan 34 min 500 ölüm faktı qeydə alınıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

25 Oktyabr 2020 17:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 13:59
Əfsanəvi Maradona vəfat etdi

Köhnə versiyamızdan xəbərləri izlə