Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ötən sutkada Qırğızıstanda COVID-19-a 606 nəfər yoluxub

Qırğızıstanda COVID-19-a yoluxanların sayı artır. Son sutkada yoluxma sayı 606 olub. Beləliklə ölkədə virus aşkarlanan xəstələrin sayı 55 min 750 nəfər olub.

AZƏRTAC Qırğızıstanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən 24 saatda virusdan 4 xəstə ölüb, vəfat edənlərin ümumi sayı 1134-ə çatıb. Son sutkada 279, ümumiyyətlə isə 47 min 616 pasiyent evə buraxılıb. Son gündə 6, ümumiyyətlə isə 3575 tibb işçisində virus aşkar edilib, onların 3266 nəfəri sağalıb.

Xəstəxanalarda 2550, ambulator müalicədə 2518 xəstənin olduğu bildirilir.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

25 Oktyabr 2020 16:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə