Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanda son sutkada 2314 nəfər koronavirusa yoluxub, 23-ü ölüb

Ermənistanda ötən 24 saat ərzində daha 2314 nəfərdə koronavirus aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi yayıb.

Bildirilir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 77 min 837-yə yüksəlib. Ölkədə virusdan ölənlərin sayı daha 23 nəfər artaraq 1180-ə çatıb.

Hazırda Ermənistanda 25 min 412 aktiv koronavirus xəstəsi var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

25 Oktyabr 2020 15:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Noyabr 2020 | 16:36
Qlobal təşəbbüs reallaşır

Köhnə versiyamızdan xəbərləri izlə