Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncədə genişmiqyaslı dezinfeksiya işləri aparılıb

Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyəti tibbi-profilaktiki işləri bir qədər də gücləndirilib.

Səhər saatlarından başlayaraq şəhərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib. Bu işlərə xeyli sayda canlı qüvvə və mənzil kommunal təsərrüfatı istehsalat birliyinin texnikaları cəlb olunub.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və digər yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər yeraltı piyada keçidlərini, dayanacaqları, çoxmənzilli yaşayış binaları və həyətləri də əhatə edib.

Qeyd edək ki, istifadə edilən maddələrin müəyyən toksikliyini nəzərə alaraq şəhər sakinlərinə əvvəlcədən xəbərdarlıq olunub.

 

Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

25 Oktyabr 2020 14:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə