Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident: Bizim mövqeyimiz ondan ibarətdir ki, region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar

Münaqişə ərzində bizim bütün səylərimiz aktiv fazaya mümkün qədər tez son qoymaq məqsədi daşıyıb.

Bu fikri Prezident İlham Əliyev “Fox News” telekanalına müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, biz münaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Onlar Rusiyadan münaqişə bölgəsinə hərbçilər göndərməyi xahiş etdilər. Bu, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, bütün region ölkələri və bütün ölkələr münaqişədə birbaşa iştirakdan kənarda qalmalıdırlar”, - deyə Prezident vurğulayıb.

25 Oktyabr 2020 11:57 -

Köhnə versiyamızdan xəbərləri izlə