Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İƏT Fransanın islamofob siyasətçiləri ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi bir sıra fransalı siyasətçinin islamofob ritorikasından təəssüfləndiyini bildirir.

İƏT-in bəyanatında qeyd olunur ki, təşkilat Məhəmməd peyğəmbərin təhqiramiz karikaturalarının davamlı şəkildə dərc olunmasını diqqətlə izləyir: "İƏT din pərdəsi altında törədilən terror aktlarını pislədiyini bir daha bəyan edir, bir sıra siyasətçilərin gözlənilmız ritorikasını təəssüflə izləyir və bu ritorikanın müsəlman-fransız münasibətlərinə ziyan vurduğunu hesab edir."

Bəyanatda bildirilir ki, İƏT həmişə İslam, xristianlıq və yəhudi peyğəmbərlərinin məsxərəyə qoyulmasını pisləməyə davam edəcək: "Baş katiblik, din adı altında bütün terror aktlarına qarşı birmənalı şəkildə qınama mövqeyi tutaraq, daha əvvəl Fransa vətəndaşı Samuel Pati-nin vəhşicəsinə öldürülməsini də pisləmişdi".

25 Oktyabr 2020 09:52 -

Köhnə versiyamızdan xəbərləri izlə