Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin “A Haber” televiziya kanalında “Ermənilərin törətdikləri qətliamlar” verilişi yayımlanıb

Türkiyənin “A Haber” telekanalı “Ermənilərin törətdikləri qətliamlar” sərlövhəsi ilə xüsusi veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 24-də axşam efirə gedən verilişdə erməni terrorizminin yaranması, keçdiyi yol və günümüzdəki fəaliyyəti faktlar əsasında təqdim olunub.

Veriliş Ermənistanın Azərbaycana işğalçılıq siyasəti və sentyabrın 27-də daha da intensivləşən hücumları ilə yaranmış hərbi gərginliyə dair faktların real kadrlar əsasında təqdim olunması ilə başlayıb. Prezident İlham Əliyevin fikirləri diqqətə çatdırılaraq bildirilib ki, döyüş bölgəsində məğlubiyyətə düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanda dinc əhalinin atəşə tutulması barədə əmr verib. Gəncəyə ballistik raketlərin atılması bu göstərişlərin tərkib hissəsidir.

Sonra Xocalı soyqırımı, eləcə də ötən əsrin əvvəllərində erməni silahlı quldur dəstələrinin Anadolunun şərqində günahsız müsəlman-türk əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarından, türk diplomatlarına qarşı terrorlardan bəhs olunub, real faktlarla erməni vəhşiliyindən söz açılıb. Həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanın saxta “erməni soyqırımı” mövzusunun Türkiyəyə qarşı məqsədli siyasi təzyiq vasitəsi olduğunu əsaslandıran çıxışları təqdim olunub.

Verlişboyu təqdim olunan faktlar və kadrlar əsasında bir daha dünya ictimaiyyətinə çatdırılıb ki, əsl soyqırımının kim tərəfindən törədildiyini bilmək istəyən varsa, Xocalıya və bir neçə gün əvvəl Gəncədə ballistik raket zərbəsi ilə dinc azərbaycanlıların kütləvi qətlə yetirilməsi faktına baxsınlar. Müasir dövrdə bu cinayətləri terrorçu və işğalçı Ermənistan dövləti həyata keçirir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

25 Oktyabr 2020 09:50 -

Köhnə versiyamızdan xəbərləri izlə