Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriyanın İdlib və Cerablus şəhərləri atəşə tutulub

Son günlərdə Suriyada Bəşər Əsəd rejimi İdlib deeskalasiya zonası­nın sərhədlərinə yeni döyüşçülərdən ibarət qruplar göndərir. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, artıq Suriyanın şimal-qərbinə 168 nəfərdən ibarət silahlı döyüş­çü qrupu göndərilib. Qrupa digər ölkələrdən cəlb edilmiş zabitlər komandanlıq edir.

Son məlumatlara əsasən, bu yaxınlarda İraqdan Suriya ərazisinə 30 avtomobildə yüzlərlə döyüşçü gətirilib.

Bir müddət əvvəl Əsəd rejiminin İdlib deeskala­siya zonasındakı yaşayış məntəqələrini – Cəbəl Zaviyə rayonundakı Əl-Bara, Beylun və Kensafra kəndlərini atəşə tutması nəticəsində bir qadın həlak olmuş, üç nəfər yara­lanmışdı.

Bu günlərdə Suriya Prezidentinə sadiq hökumət qüvvələrinin ölkənin şimalın­dakı Cerablus şəhərini raket atəşinə tutması nəticəsində isə 10 nəfər yaralanıb. Bəzi məlumatlara görə, şəhərə dalbadal iki ballistik raket atılıb.

Dəqiqləşdirilmiş məlumatlara əsasən bildiri­lib ki, hücuma Cerablusun cənubundakı Əl-Kussa kəndinin yaxınlığındakı neftayırma zavodu məruz qalıb. Bəzi informasiyalara görə, raketlər Aralıq dənizindəki Rusiya hərbi gəmilərindən də buraxıla bilərdi.

Hadisə yerində yanğınsöndürənlərin çalışdı­ğı bildirilir.

Qeyd edək ki, Cerabus şəhəri 2016-cı ildə Türkiyənin həyata keçirdiyi “Fərat qal­xanı” əməliyyatı nəticəsində İŞİD terror təşkilatından azad edilib.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:43 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə