Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Y.Stoltenberq Ankara və Afinanın hərbi təlimlərdən imtina etməsini alqışlayıb

Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizində gələn həftə üçün planlaşdırdıqları hərbi təlimlərdən iki ölkə arasında gərginliyi azaltmaq məqsədilə imtina ediblər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberqə istinadən “Anadolu” agentliyi məlumat verib.

NATO-nun şefi Brüsseldə keçirilən mətbuat konfransın­da bildirib ki, qarşıdakı həftə Türkiyə və Yunanıstanda milli bayramlar keçiriləcək və hərbi təlimlərin keçirilməsi ləğv edilib.

Şimali Atlantika Alyan­sının rəhbəri rəsmi Ankara və Afinanın bu qərarından məmnun qaldığını bildi­rib. Onun sözlərinə görə, bu addım təkcə Şərqi Aralıq dənizində iki ölkə hərbçilərinin toqquşma riskini azaltmayacaq, həm də regi­onun “əsas problemlər”inin həlli ilə bağlı konstruktiv danışıqların aparılması üçün şərait yaradacaq. Y.Stoltenberq, eyni zaman­da Almaniya rəsmilərinin Türkiyə və Yunanıstan arasında ilkin danışıqların təşkili istiqamətində səylərini dəstəkləyib.

Son illər Şərqi Aralıq dənizində aşkar olunmuş bir çox böyük enerji yataqları­nın işlənilməsi və istismarı ilə əlaqədar Yunanıstan ilə Türkiyə arasında gərginlik artıb. NATO rəhbərliyi alyansın üzvü olan hər iki dövlət arasında problemin yalnız danışıqlar yolu ilə həllini məqbul hesab edir və tərəfləri bu istiqamətdə səyləri artırmağa və qarşılıqlı güzəştlərə getməyə səsləyir.

Xatırladaq ki, Türkiyə və Yunanıstan NATO-ya 1952-ci ilin 18 füvralında eyni gündə qəbul ediliblər. Qurum 4 aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin ima­zalanması ilə qurulub.

30 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), iyirmi səkkizi isə Avropada yerləşir. İslan­diyadan başqa, qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər daha 11 ölkə üzv olub.

M.HACIXANLI, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:16
Rusiyada maksimal yoluxma
27 Noyabr 2020 | 01:11
100 milyon avro yardım
27 Noyabr 2020 | 01:11
İşsizlik artıb
27 Noyabr 2020 | 01:10
Ən etibarlı avtomobil

Köhnə versiyamızdan xəbərləri izlə