Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texnoloji tərəqqi 85 milyon iş yerinin itirilməsinə səbəb olacaq

“Hi-tech-news” portalının yaydığı məlumata görə, texnoloji tərəqqi nəticəsində avtomatlaşdırma səbəbindən 2025-ci ilədək dünya iqtisadiyyatının 15 sahəsində 85 milyon iş yeri ixtisar oluna bilər.

Mütəxəssislərin fikrincə, “robotlar inqilabı” 97 milyon yeni iş yerinin yara­dılmasına kömək edəcək. Ümumilikdə, gələcəkdə əvvəlki illərdən fərqli olaraq yeni vəzifələrin yaranması mövcud olanların yoxa çıxmasından daha zəif baş verəcək.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, 2025-ci ilədək insan və kompüterlər arasında iş yarıya bölünəcək. Bununla yanaşı, avtomat­laşdırma məlumatların daxil edilməsi və emalı, mühasibat uçotu, bir sıra inzibati vəzifələr kimi fəaliyyət növlərinə şamil ediləcək.

Dünya İqtisadi Forumunun ekspertləri tərəfindən keçirilən sorğuya görə, biznes nümayəndələrinin 43 faizi yeni texnologiyaların tətbiqi səbəbindən iş yerlərini ixtisar etmək niyyətindədir. İşəgötürənlərin 41 faizi bir sıra iş növlərinin yerinə yetirilməsi üçün pod­ratçıların şəbəkəsini genişləndirməyi, 34 faizi isə yeni texnologiyaların inteq­rasiyası üçün tələb olunan yeni işçi qüvvəsini cəlb etməyi planlaşdırır.

Dünya İqtisadi Forumunun idarəedici direktoru S. Zahidi məsələni şərh edərək deyib: “Avtomatlaşdırma­nın sürətləndirilməsi və koronavirus pandemiyası ilə bağlı tənəzzülün nəticələri əmək bazarlarında mövcud tənasübsüzlüyü dərinləşdirib və 2007- 2008-ci illər qlobal iqtisadi böhranından sonra nail olunan işsizlik səviyyəsinin azaldılmasını sıfıra endirib”.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

25 Oktyabr 2020 00:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Noyabr 2020 | 01:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə