• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

San-Fransisko şəhəri Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib

ABŞ-ın San-Fransisko şəhəri və vilayətinin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır.
Daha sonra sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü təbrik edilir. 
Qeyd olunmalıdır ki, ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir. 

AZƏRTAC

16 Oktyabr 2018 23:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin